FİFA-dan İrana sərt XƏBƏRDARLIQ: “Qadınlar stadionlara buraxılmalıdır, yoxsa...”

Hazırda oxunan: FİFA-dan İrana sərt XƏBƏRDARLIQ: “Qadınlar stadionlara buraxılmalıdır, yoxsa...”

45555

Beynəlxaq Futbol Federasiyası noyabrın 10-da İranda qadın futbol azarkeşlərinin müxtəlif bəhanələrlə stadionlara buraxılmaması barədə İran Futbol Federasiyasına ciddi xəbərdarlıq edib.

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, FİFA İran Futbol Federasiyasına etdiyi ciddi xəbərdarlığında onun əsasnaməsində düzəlişlər edilməsini, futbol klublarının özəlləşdirilməsini, hökumətin futbol sahəsinə qarışmamasını və İranda qadın fubol həvəskarlarının stadionlara girişinə qadağa və məhdudiyyətlərin ləğvini tələb edib.

FİFA habelə İran Futbol Federasiyasını təhdid edərək deyib ki, qeyd edilən hallar və nöqsanlar 2022-ci il, martın 2-nə qədər öz həllini tapmazsa, İran futbol klublarının yarışlarda iştirakı qadağa qoyulacaq, milli komanda dünya çempionatına vəsiqə almaqdan məhrum ediləcək.

Bildirilir ki, son illər İran Futbol Federasiyasının əsasnaməsi dəfələrlə FİFA-nın tənqidi ilə üzləşib və düzəlişlər edilməsi tələbi qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin