“Neftçi” Zəfər turunda məğlub oldu

Hazırda oxunan: “Neftçi” Zəfər turunda məğlub oldu

44967

Noyabrın 6-da futbol üzrə futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, "Zəfər turu"nda günün ikinci matçı "Keşlə" və "Neftçi" komandaları arasında olub. "ASK Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 11-ci dəqiqədə flaqmanın hücumçusu Tiaqo Bezerra açıb. Braziliyalı forvard 35-ci dəqiqədə 2-ci topu meydan sahiblərinin qapısından keçirib. "Keşlə" 42-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Felipe Santos penaltidən fərqlənib.

Matçın 49-cu dəqiqəsində Rəhman Hacıyev baxımlı qolla hesabı bərabərləşdirib. Son nöqtəni isə 86-cı dəqiqədə Anatol Abanq qoyub. Bu nəticədən sonra "Neftçi" 17 xalla 2-ci pillədəki yerini qoruyub. Xallarını 10-a çatdıran "Keşlə" isə 6-cı sırada qərarlaşıb.
 

Turun açılış oyununda "Sabah" evdə "Zirə" ilə 3:3 hesablı heç-heçə edib. Tura noyabrın 7-də keçiriləcək "Səbail" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.



Qeyd edək ki, Peşəkar Futbol Liqası (PFL) bu turu Zəfər turu elan edib. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edərək əzəli torpaqlarımızı işğaldan azad etdi. Prezident İlham Əliyevin ötən il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin