Kubalı boksçu Azərbaycanın tarixinə düşdü – 5-ci çempionluq

Hazırda oxunan: Kubalı boksçu Azərbaycanın tarixinə düşdü – 5-ci çempionluq

44879

Alfonso Dominqes dünya çempionu tituluna yiyələnən 5-ci Azərbaycan boksçusu olub.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, Serbiyanın paytaxtı Belqradda qızıl medal qazanan Avropa Oyunlarının qalibinə qədər 4 idmançı belə uğura imza atıb.

Onlardan Məhəmmədrəsul Məcidov (+91 kq) 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla rekordçudur. Boksçu 2011-ci, 2013-cü və 2017-ci illərdə birinci yeri tutub.

Yığmaya ilk qızıl medalı 2003-cü ildə Banqkokda Ağası Məmmədov (54 kq) qazandırıb. Cavid Çələbiyev (56 kq) 2013-cü ildə, Elvin Məmişzadə (52 kq) isə 2015-ci ildəki mundialda Azərbaycan himnini səsləndirib. Ümumilikdə 5 çempion 7 qızıl medal əldə edib.

Yığma indiyədək dünya çempionatlarında 22 mükafata sahib olub. Onlardan 7-si qızıldırsa, 4-ü gümüş, 11-i bürüncdür.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını da qazanan kuba əsilli Alfonso dünya çempionatının finalında finalda braziliyalı Keno Maçadoya qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin