Bu gün “Qarabağ”ın taleyi həll olunacaq - Tarixi ŞANS 

Hazırda oxunan: Bu gün “Qarabağ”ın taleyi həll olunacaq - Tarixi ŞANS 

44542

“Qarabağ” futbol klubunu tarixi şans gözləyir. O, Azərbaycan klubları arasında  avrokuboklarda qrupdan çıxan ilk komanda ola bilər. Bu, Bakı vaxtı ilə axşam saat 19.30-da Qazaxıstanda keçiriləcək “Kayrat” - “Qarabağ” oyunundan sonra bilinəcək.

Bəs, ekspertlər oyunda “Qarabağ”-ın şansını necə dəyərləndirirlər? 

Bizim-Media-ya danışan idman icmalçısı Səbuhi Səfiyarlı Qarabağın turnir cədvəlindəki yeri baxımından “Kayrat” - “Qarabağ” oyununu əhəmiyyətli hesab edir:

“Çünki Konfrans Liqasında qrupda birinci yer birbaşa 1/8 mərhələsinə vəsiqə qazanır, ikinci yerdə olan komanda isə öz qrupunda üçüncü yeri qazanmış komanda ilə “pley-off” oyunu oynayacaq. “Qarabağ”-ın birinci yeri tutmaq şansı var ki, onu yoxlamağa dəyər. Doğrudur, həm də “Qarabağ”-ın birincilik uğrunda əsas rəqibi olan “Bazel” “Omonya” ilə çətin oyun keçirəcək. “Qarabağ”-ın qalib gələcəyi, “Bazel”in isə yeniləcəyi və yaa 2 xal itirəcəyi təqdirdə böyük üstünlük əldə etmiş olacağıq”.
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ"dan "Kayrat"la bağlı azarkeşlərə MÜRACİƏT


İdman icmalçının sözlərinə görə, bununla belə “Qarabağ”-ı “Kayrat”-la asan mübarizə gözləmir:

“Bakıdakı oyun göstərdi ki, “Qarabağ” üçün Almatıda bir az da çətin ola bilər. Çünki “Kayrat” doğma azarkeşlərin önündə heç olmasa bir xal qazanmaq üçün vuraşacaq. Əsas amillərdən biri də odur ki, Bakıdakı oyunu zədələrə görə buraxan Vaqner Lav Almatıda meydana çıxır. Sadəcə indiyədək evdə keçirilən oyunlarda “Kayrat” qələbə qazanmayıb və bu oyunda qələbə qazanmaq üçün oynaya bilər. Belə bir hal olarsa, “Qarabağ”-ın şansı artmış olur, çünki komanda topla yaxşı oynamağı bacarır və rəqib açıq oyun göstərən zaman bundan istifadə edə bilər.

“Kayrat”-ın hansı oyunu göstərəcəyini bilmirik. Amma hər halda onlar da başa düşürlər ki, açıq oyun zamanı “Qarabağ”-a şans verəcəklər. Hesab edirəm ki, “Qarabağ” bu oyunda uduzmayacaq. Ən azı ikinci yer də qrupdan çıxmağı üçün kifayyət edir. Yəqin ki, Qurban Qurbanov qələbə qazanmaq şansını da yoxlamağa çalışacaq”.

İdman jurnalisti Aydın Bağırov da hesab edir ki, sabahkı oyun daha çətin olacaq. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, “Kayrat”-ın baş məşqçısı Kurban Berdiyevin komandaları daim  qapalı oyuna üstünlük veriblər: 
 

“Bu da “Qarabağ” kimi yaradıcı oyun oynayan komandalara çətinlik yaradıb. Biz bunu Bakıdakı oyunun birinici hissəsində də gördük. Hesab edirəm ki, biz Qazaxıstandakı oyunda da bunu görəcəyik. Açıq oyun gedərsə, “Qarabağ” qələbə qazana bilər, qapalı oyun gedərsə, komandamız üçün daha çətin olacaq. Bu zaman rəqibin üzərində təzyiqləri artırmalıdır ki, xal qazansın”.


Aydın Bağırov “Kayrat”-ı qrupun ən “qəliz” komandası adlandırıb və əlavə edib ki, “Qarabağ”-ın şansının 50/50-yə olduğunu düşünür.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin