Noyabrın 2-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turuna start veriləcək.
Bizim.Media xəbər verir ki, turun birinci oyun günündə E, F, G və H qruplarında ümumilikdə səkkiz qarşılaşma oynanılacaq. Həmin görüşlərin ikisi – “Volfsburq” – “Zaltsburq” və “Malmö” – “Çelsi” matçları saat 20:45-də, digərləri saat 12-də başlayacaq.
Günün bütün görüşləri aşağıdakılardır:
E qrupu
“Dinamo Kiyev” (Ukrayna) – “Barselona” (İspaniya);
“Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya).
Qrupdakı vəziyyət: “Bavariya”- 9, “Benfika”- 4, “Barselona” - 3, “Dinamo Kiyev” - 1.
F qrupu
“Vilyarreal” (İspaniya) – “Yanq Boyz” (İsveçrə);
“Atalanta” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə).
Qrupdakı vəziyyət: “Mançester Yunayted” - 6, “Atalanta” - 4, “Vilyarreal” - 4, “Yanq Boyz” - 3.
G qrupu
“Volfsburq” (Almaniya) – “Zaltsburq” (Avstriya);
“Sevilya” (İspaniya) – “Lill” (Fransa).
Qrupdakı vəziyyət: “Zaltsburq” - 7, “Sevilya” - 3, “Lill” - 2, “Volfsburq” - 2.
H qrupu
“Malmö” (İsveç) – “Çelsi” (İngiltərə);
“Yuventus” (İtaliya) – “Zenit” (Rusiya).
Qrupdakı vəziyyət: “Yuventus” - 9, “Çelsi” - 6, “Zenit” - 3, “Malmö” - 0.
Qrup mərhələsinin dördüncü turunun digər səkkiz oyunu noyabrın 3-də keçiriləcək.
Bizim.Media