Fransa Liqa 1-də XII turun açılış oyunu PSJ və “Lill” komandaları arasında keçirilib.
Bizim.Media xəbər verir ki, Parisdəki “Park de Prens” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 31-ci dəqiqədə qonaq komandadan Conatan Devid açıb. O, türkiyəli hücumçu Burak Yılmazın ötürməsini qola çevirib.
Fasilədən sonra PSJ argentinalı yarımmüdafiəçi Anxel Di Mariyanın sayəsində dönüş etməyi bacarıb. 78-ci dəqiqədə Markinyosun fərqlənməsinə şərait yaradan Di Mariya 88-ci dəqiqədə Neymarın ötürməsindən sonra qələbə topunu vurub.
Bizim.Media