“XXXII Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının az medal qazanmasının səbəbləri araşdırılır”.
Bizim.Media xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O federasiyalardan gözləntilərin olduğunu bildirib:
MÖVZU İLƏ BAĞLI:
Yeni nazir idmançıların məşqini izlədi - VİDEO
“Biz bu barədə qlobal da danışa bilərik. Amma Oyunlardan əvvəl idmançılarımızdan, federasiyalardan hansı gözləntilərimizin olması da diqqətdə saxlanılmalıdır. Bu problemləri araşdıracağıq. Hazırda bir söz demək çətindir".
Qayıbov Rio-2016 ilə müqayisədə Tokio-2020-də medal sayının az olma səbəbinin nədən qaynaqlandığına baxmağın gərəkliyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan idmançıları Tokio-2020-də 7, Rio-2016-da 18 medal qazanıb.
Bizim.Media