AFFA-dan “Qəbələ”yə AĞIR CƏZA, 2 futbolçu diskvalifikasiya edildi

Hazırda oxunan: AFFA-dan “Qəbələ”yə AĞIR CƏZA, 2 futbolçu diskvalifikasiya edildi

0:00
0:00
42789

AFFA İntizam Komitəsi "Qəbələ" klubunu 7 200 manat cərimələyib. 

Bizim.Media-nın məlumatına görə, buna əyalət təmsilçisinin azarkeşlərinin "Zirə"yə qarşı Premyer Liqanın VII tur oyununda (1:1) matçın rəsmi şəxslərini təhqir etməsi və futbolçusu Ehtiram Şahverdiyevin görüş bitdikdən sonra “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılması səbəb olub.

Yarımmüdafiəçiyə 4 oyunluq cəza verilib. 
 

“Sabah”ın hücumçusu Xulio Sezar Rodriges isə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları çempionat qarşılaşmasında eyni səbəbə görə 2-si şərti olmaqla 4 oyunluq diskvalifikasiya edilib.


Klub isə 3 200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib. 

Bundan başqa, “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə ödəyəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin