“Sumqayıt”ın 18 futbolçusu koronavirusa yoluxdu - ADLAR

Hazırda oxunan: “Sumqayıt”ın 18 futbolçusu koronavirusa yoluxdu - ADLAR

4208

Premyer Liqanın 12-ci turu çərçivəsində “Zirə”nin qonağı olacaq “Sumqayıt” məşqləri dayandırıb.

Bizim.Media futbolinfo.az-a istinadən xəbər verir ki, komanda üzvlərinin dünən verdiyi koronavirus testinin nəticəsi bu addımı atmağa məcbur edib.

Belə ki, heyətdəki futbolçulardan 18-i, eyni zamanda 2 inzibati heyət işçisində koronavirus aşkarlanıb.

Testi pozitiv çıxan futbolçular bunlardı:

Mehdi Cənnətov, Aydın Bayramov, Vurğun Hüseynov, Tellur Mütəllimov, Rəhim Sadıqov, Adəm Həmati, Cavid İmamverdiyev, Hüseynəli Quliyev, Camələddin Xocaniyazov, Xəyal Nəcəfov, Vüqar Mustafayev, Nurlan Quliyev, Elvin Bədəlov, Kərəm Sultanov, Eltun Turabov, Elvin Məmmədov, Murad Xaçayev və Rüfət Abdullazadə.

“Sumqayıt” bütün məşqləri dayandırıb, futbolçular karantinə alınıb. Klub Peşəkar Futbol Liqasına müraciət edərək “Zirə” ilə matçın təxirə salınmasını istəyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin