Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hər iki qol ikinci hissədə vurulub. 50-ci dəqiqədə meydan sahiblərindən Murad Xaçayev əks-hücum zamanı uzun reyd edərək, topu rəqib qapısından keçirib.
Bundan cəmi 4 dəqiqə sonra qonaqların belçikalı yarımmüdafiəçisi Sabir Buqrin uzaqdan baxımlı qola imza atıb.
77-ci dəqiqədə isə "Sumqayıt"ın və Azərbaycan millisinin zədəsini yenicə bərpa olunmuş hücumçusu Əli Qurbani ikili mübarizə zamanı dizindən xəsarət alaraq, əvəzlənməli olub.
Bu nəticədən sonra "Neftçi" 14 xalla 2-ci, "Sumqayıt" 8 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyun günündə "Keşlə" evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib, "Qəbələ" - "Zirə" matçı isə heç-heçə ilə yekunlaşıb - 1:1. Tura bu gün saat 18:45-də başlanacaq "Sabah" - "Qarabağ" qarşılaşması ilə yekun vurulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:29 / 17.10.2021
"Neftçi" "Sumqayıt"la heç-heçə etdi
Hazırda oxunan: "Neftçi" "Sumqayıt"la heç-heçə etdi
Hazırda oxunan: "Neftçi" "Sumqayıt"la heç-heçə etdi
41997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.