Oktyabrın 10-da UEFA Millətlər Liqasının "Dördlər finalı"nın qalibi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, turnirin həlledici görüşündə İspaniya və Fransa yığmaları qarşılaşıb.
Milan şəhərindəki "San-Siro" stadionunda baş tutan görüş Fransa seçməsinin qələbəsi ilə başa çatıb - 2:1.
Fransa millisinin heyətində Kərim Benzema, Kilyan Mbappe, İspaniyadan isə Mikel Oyarsabal fərqləniblər.
Qeyd edək ki, İspaniya seçməsi yarımfinalda İtaliyanı 2:1, Fransa millisi isə Belçikanı 3:2 hesabı ilə üstələyib.
Xatırladaq ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.
Bizim.Media