Yunan-Roma güləşi üzrə Azərbaycan millisi rekorda imza atdı

Hazırda oxunan: Yunan-Roma güləşi üzrə Azərbaycan millisi rekorda imza atdı

41014

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.

Bizim.Media xəbər verir ki, mundialın son 4 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutub. 

Millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə uğurlu çıxış edib.

Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı güləşçi yarımfinala yüksəldi 


Beləliklə, komandamız 6 illik fasilədən sonra dünya çempionatında ilk üçlükdə qərarlaşıb. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə dünya çempionatında 4 medal qazanıb ki, bu da rekord nəticədir.

Qeyd edək ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin