“Sivasspor” klubunun baş məşqçisi COVİD-19-a yoluxdu

Hazırda oxunan: “Sivasspor” klubunun baş məşqçisi COVİD-19-a yoluxdu

4099

“Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay koronavirusa yoluxub.

Bizim.Media xəbər verir ki, bu barədə Çalımbay  tvitter  hesabında paylaşım edib.

O, Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Vilyarreal”a qarşı keçirəcəkləri oyundan əvvəl verilən koronavirus testinin müsbət çıxdığını bildirib.

Çalımbay karantinə alınıb və “Vilyarreal”la oyunda komandasına rəhbərlik etməyəcək.

“Sivasspor” Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah “Vilyyarreal”la qarşılaşacaq. “Qarabağ” isə bu turda İsrail “Makkabi”si (Təl-Əviv) ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin