“Mançester Yunayted” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo sentyabrda İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
Bizim.Media xəbər verir ki, Ronaldo Premyer Liqada keçirdiyi 3 oyunda 3 qol vurduğuna görə bu ada layiq görülüb.
MÖVZU İLƏ BAĞLI:
"Qızıl top" mükafatına namizədlərin siyahısı AÇIQLANDI
Otuz altı yaşlı hücumçu bu nominasiyada Joao Kanselo (“Mançester Siti”), Antonio Rudiger (“Çelsi”), Məhəmməd Salah (“Liverpul”), Allana Sent-Maksimin (“Nyukasl”) və İsmaila Sarrı (“Uatford”) qabaqlayıb.
Xatırladaq ki, Ronaldo Premyer Liqada beşinci, “Mançester Yunayted”ə qayıdışından sonra isə ilk dəfə bu mükafata sahib olur.
Bizim.Media