Azərbaycan millisinin daha bir oyunu təxirə salındı

Hazırda oxunan: Azərbaycan millisinin daha bir oyunu təxirə salındı

0:00
0:00
40791

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki daha bir oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

Belçika millisi ilə oktyabrın 9-da keçirilməli olan matç nəzərdə tutulan vaxtda baş tutmayacaq.

Buna hazırda sözügedən ölkədə səfərdə olan yığmanın 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) koronavirusa yoluxmasıdır.

Qeyd edək ki, daha əvvəl U-17-nin Norveçlə görüşü də eyni səbəbdən təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin