Azərbaycan güləşçisi yarımfinala yüksəldi – Dünya çempionatında 

Hazırda oxunan: Azərbaycan güləşçisi yarımfinala yüksəldi – Dünya çempionatında 

0:00
0:00
40748

Norveçin paytaxtı Oslodakı dünya çempionatında Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə başlayıb.  

Bizim.Media-nın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Murad Məmmədov ardıcıl olaraq Kriştian Keçkemeti (Macarıstan) və Aydos Sultangaliyə (Qazaxıstan) qalib gəlib.  

Ayata Suzukini (Yaponiya) də məğlub edən Məmmədov yarımfinala yüksəlib.  

97 kq-dakı Murad Lokyayev Pontus Lundu (İsveç) yensə də, Vilius Laurinaitisin (Litva) müqavimətini qıra bilməyib. Stepan Davida (Çexiya) qalib gələn Beka Kandelaki (130 kq) isə Yakobi Kajayaya (Gürcüstan) uduzub.  

Lokyayev və Kandelaki rəqibləri finala çıxacağı təqdirdə sabah təsəlliverici görüşlərə qatılacaqlar.  

Bu gün həmçinin digər yunan-Roma güləşçiləri Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) mundialda final görüşünə, Eldəniz Əzizli (55 kq) isə bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Əzizli Ekrem Öztürklə (Türkiyə), Süleymanov Roman Vlasovla (Rusiya), Hüseynov isə Burhan Akbudakla (Türkiyə) güləşəcək.

Yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da, medal mücadələləri isə saat 20:00-da start götürəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin