Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start veriləcək.
Bizim.Media xəbər verir ki, A Liqasında qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparacaq.
Yarımfinalın ilk oyununda son Avropa çempionu İtaliya ilə İspaniya üz-üzə gələcək. Milandakı "San-Siro" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək.
Digər yarımfinal görüşü oktyabrın 7-də Belçika və Fransa yığmaları arasında olacaq.
Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:12 / 06.10.2021
"Dördlər finalı": İtaliya millisi İspaniyaya qarşı
Hazırda oxunan: "Dördlər finalı": İtaliya millisi İspaniyaya qarşı
Hazırda oxunan: "Dördlər finalı": İtaliya millisi İspaniyaya qarşı
40367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.