UEFA-nın İntizam Komitəsi Fransada "Marsel" və Türkiyə "Qalatasaray"ı arasında UEFA Avropa Liqasının qrup oyununda baş vermiş insidentlə bağlı intizam işi açıb.
Bizim.Media xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Məsələyə oktyabrın 18-də baxılacaq.
Qərar isə 4 gün sonra açıqlanacaq.
MÖVZU İLƏ BAĞLI:
“Marsel” – “Qalatasaray” oyununda DAVA – Azərbaycan və Ermənistan bayraqları səbəb oldu – VİDEO
Qolsuz heç-heçə ilə başa çatan görüş azarkeşlər arasındakı qalmaqala görə 37-ci dəqiqədə dayandırılıb.
Hadisəyə yerli fanatların tribunada Ermənistan bayrağı açması səbəb olub.
Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar. Polis iğtişaşın qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.
Bizim.Media