“Məşqçi oyundan əvvəl məndən soruşdu, özümü bir az yaxşı hiss etmədiyimi dedim”.
Bizim.Media xəbər verir ki, bunu Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli X turda səfərdə “Lexiya” (Qdansk) komandasına 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
24 yaşlı oyuna sonradan daxil olmasını yorğun olması ilə əlaqələndirib.
“Bu sual baş məşqçiyə verilməlidir. Oyundan əvvəl məndən hansı formada olduğumu və durumumu soruşdu. "Lester"lə qarşılaşmada çox çalışdıq. Mən də əlimdən gələni etdim və hələ də sümüklərimdə ağrı hiss edirəm. Amma yenə də baş məşqçinin qərarıdır. Bəzən məni ilk “11-lik”də meydana buraxacaq, bəzən yox.
Amma yaxşı təsir bağışladığım matçlar da var. Bir az yorğunluq var idi, çünki bundan əvvəl biz də hər üç gündən bir çıxış edirdik.
Üstəlik, Polşa kubokunda da bir görüş keçirmişdik. Ən azı mənim üçün çox uzun yol idi. Bu, yalnız məşq və ya matçlarla bağlı deyil. Bəzən oyunlara gedib-qayıtmaq üçün çox yol qət etməli oluruq. Bu da insanı yorur. Təbii ki, bu bəhanə deyil. Məşqçi nə vaxt heyətə daxil etsə, tam gücümüzlə oynamalıyıq".
Bizim.Media
- A-
- A
- A+
İdman
10:23 / 04.10.2021
“Bu sual baş məşqçiyə verilməlidir” – Mahir Emreli
Hazırda oxunan: “Bu sual baş məşqçiyə verilməlidir” – Mahir Emreli
Hazırda oxunan: “Bu sual baş məşqçiyə verilməlidir” – Mahir Emreli
39999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.