Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.
Bizim.Media-nın xəbərinə görə, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Avropa Liqasındakı oyunlarını neytral meydanda keçirən "Qarabağ” vaxt məhdudiyyəti səbəbindən "Qəbələ” ilə 6 dekabr saat 14:00-da baş tutacaq səfər oyununun ev, 3-cü dövrənin "Qarabağ” – "Qəbələ” (6 mart) oyununun "Qəbələ” – "Qarabağ” oyunu kimi qeydə alınmasını xahiş edib.
"Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib.
6 dekabr
Qarabağ – Qəbələ
"Azersun Arena”, saat 14:00
6 mart
Qəbələ – Qarabağ
Qəbələ şəhər stadionu
Bizim.Media