UEFA-dan türk hakimə AĞIR CƏZA – Səbəb bu qərarı olub - VİDEO

Hazırda oxunan: UEFA-dan türk hakimə AĞIR CƏZA – Səbəb bu qərarı olub - VİDEO

39796

UEFA türkiyəli FİFA referisi Cüneyt Çakır və köməkçisi Abdulkadir Bitigeni cəzalandırıb.

Bizim.Media İtaliya mətbuatına istinadən xəbər verir ki, buna onların UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Milan”la “Atletiko” arasında keçirilmiş oyunda səhvə yol vermələri səbəb olub.  

Avropa futbol qurumu hər iki hakimi qitənin bir nömrəli klub turnirini kənarlaşdırmaq barədə qərar qəbul edib. 

Qeyd edək ki, Cüneyt Çakır “Atletiko”nun 2:1 hesablı qələbəsi ilə başa çatan matçın 29-cu dəqiqəsində “Milan”ın futbolçusu Frank Kessyeni meydandan qovub.

O, görüşün sonlarında isə meydan sahiblərinin qapısına penalti təyin edib. Abdulkadir Bitigen də həmin qarşılaşmada VAR hakimi olub. Oyundan sonra “Milan” hakimlərdən UEFA-ya şikayət edib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin