Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.
Bizim.Media xəbər verir ki, turun açılış oyununda "Zirə" klubu "Sumqayıt"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada yeganə qolu 14-cü dəqiqədə "qartallar"ın belçikalı yarımmüdafiəçisi Loris Bronyo vurub.
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ"ın oyununa hakim təyinatı açıqlandı
Bu qələbədən sonra xallarını 11-ə çatdıran "Zirə" 2-ci pilləyə yüksəlib. "Sumqayıt" isə 7 xalla 5-ci sırada qalıb.
Qeyd edək ki, turun iki oyunu oktyabrın 2-də gerçəkləşəcək. "Keşlə" "Sabah"la, "Səbail" "Neftçi" ilə qarşılaşacaq. Tura oktyabrın 3-dəki “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
Bizim.Media