Mahir Emreli: "Azarkeşlərin hərəkətinə görə ağladım"

Hazırda oxunan: Mahir Emreli: "Azarkeşlərin hərəkətinə görə ağladım"

39582

"Bir neçə il öncə azarkeşlər oyunlarımıza gəlmədiyi üçün onlara qarşı kinim var idi. Çünki həmin vəziyyət xoşuma gəlmirdi. Narazılığımı onlara çatdırdıqdan sonra həm "Qarabağ"ın İngiltərə "Arsenal"ı ilə avrokubok matçında, həm də yığmanın Maltaya qarşı UEFA Millətlər Liqası oyununda məni fitə basırdılar. Hər dəfə top ayağıma gələndə səs-küy salırdılar".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli "Qarabağ"da çıxış edərkən azarkeşlərlə arasında baş vermiş qalmaqal barədə Varşava klubunun rəsmi saytına müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Mahir Emreli "Lester"lə oyunda qol vurdu - VİDEO


24 yaşlı hücumçu bildirib ki, yığmanın Malta ilə oyunundakı hadisədən sonra paltardəyişmə otağında ağlayıb: "Meydanda özümü elə aparırdım ki, sanki fanatların hərəkəti məni narahat etmir. Gülürəm, onlara alqışlarla cavab verirəm. Amma sonra paltardəyişmə otağına düşdüm, skamyada oturub ağladım.
 

Baş məşqçi Qurban Qurbanov bunu gördü və qarşılaşmadan sonra açıq şəkildə dedi ki, biz zəngin futbol tarixinə malik ölkə deyilik, buna görə əlimizdə olanlara hörmətlə yanaşmalı və Azərbaycan üçün oynayan oyunçulara dəstək olmalısınız.


Bilirsiniz, sonra nə oldu? Ukrayna "Vorskla"sı ilə növbəti avrokubok matçında meydana çıxandan sonra hamı iki-üç dəqiqə mənim adımı qışqırdı. O vaxtdan hər şey qaydasındadır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin