UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turunda İtaliya "Yuventus"u ilə Ukraynanın "Dinamo" (Kiyev) klubları arasında keçiriləcək matça təyinatlar açıqlanıb.
Bizim.Media xəbər verir ki, qarşılaşma Fransa Futbol Federasiyasından Stefani Frappara həvalə olunub. O, ÇL oyunu idarə edən ilk qadın referi kimi tarixə düşəcək.
Frappara Hişam Zakrani və Medi Ramuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kərim Abed yerinə yetirəcək.
Qadın referi daha əvvəl bu ilin oktyabrında Avropa Liqasının qrup mərhələsinin "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) görüşündə (3:0) ədaləti təmsil edib.
Qeyd edək ki, "Yuventus" - "Dinamo" matçı dekabrın 2-də oynanılacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:39 / 30.11.2020
Çempionlar Liqası tarixində ilk
Hazırda oxunan: Çempionlar Liqası tarixində ilk
Hazırda oxunan: Çempionlar Liqası tarixində ilk
3947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.