Sentyabrın 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunlarına yekun vurulub.
Bizim.Media xəbər verir ki, gecənin ən maraq doğuran görüşü İtaliyada keçirilib. “Yuventus” öz meydanında turnirin son çempionu “Çelsi” komandasını qəbul edib.
Görüş Turin təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun taleyin həll edən qol matçın ikinci hissəsində (46-cı dəqiqə) vurulub. Federik Kiyeza Federiko Bernardeskinin ötürməsini qola çevirib.
Günün sensasiyası Portuqaliyada qeydə alınıb. "Benfika" gözlənilmədən "Barselona"nı üç cavabsız qolla məğlubiyyətə uğradıb. Qeyd edək ki, Kataloniya təmsilçisi birinci turda eyni hesabla "Bavariya"ya məğlub olmuşdu.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
E qrupu
"Bavariya" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 5:0;
"Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) - 3:0.
Xal durumu: "Bavariya" - 6, "Benfika" - 4,
"Dinamo" - 1, "Barselona" - 0
F qrupu
"Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:0;
"Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:1.
Xal durumu: "Atalanta" - 4,"Mançester Yunayted" - 4, "Yanq Boyz" - 3, "Vilyarreal" - 1.
G qrupu
"Volfsburq" (Almaniya) - "Sevilya" (İspaniya) - 1:1.
"Zaltsburq" (Avstriya) - "Lill" (Fransa) - 2:1.
Xal durumu: "Zaltsburq" - 4, "Volfsburq" - 2,
"Sevilya" - 2, "Lill" - 1.
H qrupu
"Zenit" (Rusiya) - "Malmö" (İsveç) - 4:0;
"Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə) - 1:0.
Xal durumu: "Yuventus" - 6, "Çelsi" - 3, "Zenit" - 3, "Malmö" - 0
Qeyd edək ki, qrup mərhələsində II turun digər 8 görüşü ötən gün oynanılıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:07 / 30.09.2021
Çempionlar Liqası: “Barselona” “Benfika”ya məğlub oldu - VİDEO
Hazırda oxunan: Çempionlar Liqası: “Barselona” “Benfika”ya məğlub oldu - VİDEO
Hazırda oxunan: Çempionlar Liqası: “Barselona” “Benfika”ya məğlub oldu - VİDEO
39421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.