Fransada "Marsel" və Türkiyə "Qalatasaray"ı arasında keçiriləcək UEFA Avropa Liqasının qrup oyunu öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.
Bizim.Media xəbər verir ki, hüquq-mühafizə orqanları iki komandanın azarkeşləri arasında baş verə biləcək qarşıdurmadan narahatdır.
Son vaxtlar Fransada futbol matçları zamanı fanatlar arasında tez-tez insident yaşanır.
Bu məqsədlə polislər qarşılaşmanın oynanılacağı "Velodrom" stadionu və ətrafında, həmçinin şəhərin mərkəzində gücləndirilmiş iş rejiminə keçib.
Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Marsel" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media