Milli Paralimpiya Komitəsinin (MPK) video-konfrans vasitəsilə Ümumi yığıncağı keçirilib.
MPK-dan Bizim.Media-ya verilən məlumata görə, qurumun prezidenti İlqar Rəhimov iclası açıq elan edib və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.
Daha sonra gündəlikdə olan məsələlər müzakirəyə çıxarılıb.
Ümumi yığıncaqda Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının mükafatçıları Milli Paralimpiya Komitəsinə üzv seçiliblər.
MÖVZU İLƏ BAĞLI:
"Paralimpiya Federasiyasının prezidenti Gənclər və İdman naziri olsun" - TƏKLİF - FOTO
Yığıncaqda təşkilati məsələlərə də baxılıb. MPK-nin üzvlərinin səsverməsi nəticəsində İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib.
İlham Zəkiyev və Yaşar Hacıyev Komitənin vitse-prezidenti, Kamal Məmmədov isə baş katibi vəzifələrinə seçiliblər. Yığıncaqda MPK-nin İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiq edilib.
Bizim.Media