İki idmançımız dünya ikincisi oldu - FOTO

Hazırda oxunan: İki idmançımız dünya ikincisi oldu - FOTO

38834

Sentyabrın 25-26-da Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışda ölkəmizi üç güləşçi təmsil edib və onların üçü də fəxri kürsüyə qalxıb.

Omid Kamaliağdam C qrupunda Rumıniyanın 2 güləşçisinə qalib gəldikdən sonra Portuqaliya idmançısını üstələyərək yarımfinala yüksəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir cüdoçumuz Xorvatiyada qızıl medal qazandı


Finalın bir addımlığında Ukrayna təmsilçisinə məğlub olan Omid Rumıniyadan olan rəqibinə növbəti dəfə qalib gələrək Dünya Seriyasının sonuncu - 4-cü mərhələsini bürünc medalla başa vurub.

İbrahim Yusubov təsnifatda yunan güləşçini mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlib. Yunanıstanın daha bir təmsilçisinə qalib gəldikdən sonra Pakistan idmançısına uduzan Yusubov Ukrayna pəhləvanından güclü olmaqla yarımfinala vəsiqə qazanıb.

Türkiyəli rəqibinə xal verməyən İbrahim həlledici görüşdə gürcü həmkarını məyus edərək qızıl medala sahib çıxıb.
 

A qrupunda mübarizəyə start verən Oyan Nəzəriani Yunanıstanın 2 güləşçisiylə yanaşı, İtaliya idmançısına heç bir şans tanımayıb. Yarımfinalda Rumıniya təmsilçisinə gücünü göstərən Oyan finalda Gürcüstan pəhləvanını da məğlub edərək turnirin baş mükafatına yiyələnib.


Nəzəriani həm də yarışın ən yaxşı fəndini edən güləşçi kimi xüsusi mükafata sahib çıxıb.

Beləliklə, İyulda Fransada startı verilən və 4 mərhələdən ibarət olan çimərlik güləşi üzrə Dünya Seriyasına Rumıniyada yekun vurulub.

Bu mərhələlərdə toplanan xallara əsasən dünya çempionları müəyyənləşib. İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) dünya ikincisi olub. Onu da nəzərinizə çatdıraq ki, bu 2 güləşçi ilk mərhələdə iştirak etməyib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin