FIFA afrikalı hücumçunun "Keşlə" ilə bağlı şikayətini TƏMİN ETDİ 

Hazırda oxunan: FIFA afrikalı hücumçunun "Keşlə" ilə bağlı şikayətini TƏMİN ETDİ 

38634

"Keşlə" və sabiq futbolçusu Aleksandr Kriştovao arasındakı mübahisəli məsələ həllini tapıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı klubunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FIFA anqolalı hücumçunun şikayətini qismən təmin edib. 

Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi iddiası ilə ali futbol qurumuna müraciət edən afrikalı forvarda tələb etdiyi məbləğin müəyyən hissəsi ödənilib. 
 

Qeyd edək ki, Aleksandr Kriştovao 2020-ci ilin yanvarında "Keşlə"yə transfer olunub. Ötən ilin yayında komandanın düşərgəsini icazəsiz tərk edən 28 yaşlı forvard klubdan FIFA-ya şikayət edib.


Paytaxt təmsilçisi də öz növbəsində təcrübəli oyunçu ilə bağlı ali futbol qurumuna üz tutub. Daha sonra "Keşlə" hücumçu ilə müqaviləni birtərəfli qaydada pozub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin