Ronaldonun anasının gerçəkləşməyən ARZUSU – “Oğluma demişəm, ölməmişdən qabaq…” 

Hazırda oxunan: Ronaldonun anasının gerçəkləşməyən ARZUSU – “Oğluma demişəm, ölməmişdən qabaq…” 

38123

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun anası Mariya Dolores Aveyru, oğlunu Portuqaliya klubunun formasında görməyi arzulayır. 

Bizim.Media xəbər verir ki, bu barədə Portuqaliyanın "Record" nəşri məlumat yayıb. 

Dolores Aveyru oğlunu yenidən “Sportinq” formasında görməyin gerçəkləşməyən ən böyük arzusu olduğunu dilə gətirib: 
 

"Oğluma demişəm ki, mən ölməmişdən qabaq səni "Sportinq"in formasında görmək istəyirəm. Bu mənin hələlik gerçəkləşməyən arzumdur”. 


Xatırladaq ki, Ronaldo karyerasına Lissabonun "Sportinq" klubunda başlayıb. Yayda “Yuventus”dan (İtaliya) “Mançester Yunayted” klubuna keçən futbolçu 2+1 illik müqaviləyə imza atıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin