Avropa çempionatı: Azərbaycan daha bir medal qazandı

Hazırda oxunan: Avropa çempionatı: Azərbaycan daha bir medal qazandı

3777

Azərbaycan millisi Ukraynanın paytaxtı Kiyevdə davam edən bədii gimnastika üzrə Avropa çempionatında daha bir medal qazanıb.

Bizim.Media xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinanın təmsil olunduğu qrup finalda 3 halqa və 2 cüt gürz ilə kompozisiya göstəriblər. 30.650 xal toplayan komanda nəticədə Türkiyə və Ukraynadan sonra 3-cü yeri tutaraq bürünc medalın sahibi olub.

Kollektiv 5 topla hərəkətlərdə isə 4-cü yeri tutub.

Qeyd edək ki, ötən gün Azərbaycan qrupu 3 halqa və 2 cüt gürz ilə hərəkətlərdə gümüş medal qazanıb. Həmçinin yığma yeniyetmə və qrup nəticələrinə əsasən 3-cü yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin