PSJ-nin baş məşqçisi Mauricio Poçettino Fransa çempionatının "Lion"la matçında əvəzlənməsindən narazı qalan Lionel Messinin onun əlini sıxmaqdan imtina etməsi hadisəsini şərh edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “sportrg.ru” saytı yayıb.Fransa
çempionatının altıncı turunda "PSJ" evdə "Lion"u 2:1 hesabı ilə məğlub edib. Matçın 76-cı dəqiqəsində Mauricio Poçettino Messini əvəz edib. O isə meydanı tərk edərkən məşqçinin əlini sıxmayıb.
Matçdan sonra Poçettino argentinalının davranışından danışıb.
"Messinin narazılığı? PSJ-də bir çox möhtəşəm oyunçu var, siyahıda 35 nəfərdir. Komanda və hər kəs üçün ən yaxşısının nədən ibarət olduğunu nəzərə alaraq oyun günü, sonra da oyun zamanı bir heyət olaraq seçim etməliyik. Məşqçinin işi qərar verməkdir, bəzən müsbətdir, bəzən də yox. Lionellə artıq danışmışıq, hər şey qaydasındadır, heç bir problemimiz yoxdur", - L'Equipe məşqçidən sitat gətirib.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:53 / 20.09.2021
Məşqçi Messinin əvəzlənməsinə münasibət bildirdi: “Onunla danışdım...”
Hazırda oxunan: Məşqçi Messinin əvəzlənməsinə münasibət bildirdi: “Onunla danışdım...”
Hazırda oxunan: Məşqçi Messinin əvəzlənməsinə münasibət bildirdi: “Onunla danışdım...”
37745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.