Milli Musiqi Günü ilə bağlı, Peşəkar Futbol Liqası maraqlı təşəbbüs göstərib.
Bizim.Media xəbər verir ki, Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən "Qəbələ" - "Səbail" matçında futbolçular "Koroğlu" üverturasının sədaları altında çıxıblar.
Stadiona toplaşan azarkeşlər bu addımı alqışlayıblar.
Qeyd edək ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi kimi tanınan Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü tamam olur. 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:45 / 18.09.2021
Futbolçular oyuna "Koroğlu" üverturasının sədaları ilə BAŞLADI - VİDEO
Hazırda oxunan: Futbolçular oyuna "Koroğlu" üverturasının sədaları ilə BAŞLADI - VİDEO
Hazırda oxunan: Futbolçular oyuna "Koroğlu" üverturasının sədaları ilə BAŞLADI - VİDEO
37604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.