Türkiyəli mütəxəssis Mustafa Dənizlinin ölkəmizdə çalışacağı rəsmiləşib. Apasport.az saytının xəbərinə görə, tanınmış baş məşqçi artıq “ağ-yaşıllar”la müqavilə bağlayıb.
Belə ki, klub prezidenti Mais Mənsimovla görüşdən sonra Dənizli ilyarımlıq müqaviləyə imza atıb. Dekabrın 5-də türkiyəli çalışdırıcı ictimaiyyətə təqdim olunacaq.





























































































