Sentyabrın 15-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turun oyunlarına yekun vurulub.
Bizim.Media xəbər verir ki, A qrupunda yer alan turnirin son finalçısı "Mançester Siti" İngiltərədə Almaniyanın "Leyptsiq" komandasını sınağa çəkib. Görüş 6:3 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Lionel Messi ilə heyətini gücləndirən Fransanın "Paris Sen-Jemen" klubu Belçikada "Brügge" ilə gözlənilmədən heç-heçə edib - 1:1.
Gecənin ən maraqlı oyunlarından biri D qrupunda İspaniyanın "Real Madrid" və İtaliyanın "İnter" klubları arasında baş tutub. Gərgin keçən görüşün taleyin 90-ci dəqiqədə "Real Madrid" klubunun futbolçusu Rodriqonun vurduğu qol həll edib.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
A qrupu
"Mançester Siti" (İngiltərə) - "Leyptsiq" (Almaniya) - 6:3;
"Brügge" (Belçika) - Paris Sen-Jemen" (Fransa) - 1:1.
B qrupu
"Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya) - 0:0;
"Liverpul" (İngiltərə) - "Milan" (İtaliya) - 3:2.
C qrupu
"Beşiktaş" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2;
"Sportinq" (Portuqaliya) - "Ayaks" (Niderland) - 1:5.
D qrupu
"Şerif" (Moldova) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:0;
"İnter" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:1.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:50 / 16.09.2021
Çempionlar Liqası: birinci turun oyunlarına yekun vuruldu - NƏTİCƏLƏR
Hazırda oxunan: Çempionlar Liqası: birinci turun oyunlarına yekun vuruldu - NƏTİCƏLƏR
Hazırda oxunan: Çempionlar Liqası: birinci turun oyunlarına yekun vuruldu - NƏTİCƏLƏR
37166
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.