UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib.
Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Rusiyada "Spartak" (Moskva) klubu ilə üz-üzə gəlib.
MÖVZU İLƏ BAĞLI:
Mahir Emrelinin olduğu baner Moskvanın mərkəzində
"Spartak" stadionunda oynanılan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Lirim Kastrati vurub.
Oyuna start heyətində başlayan Emreli 82-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib.
24 yaşlı hücumçu 77-ci dəqiqədə fərqlənmək üçün yaxşı fürsət yaxalasa da, başla vurduğu top dirəyə dəyərək qapı xəttini tərk edib.
Qeyd edək ki, C qrupunun digər oyununda İngiltərə "Lester"i İtaliya "Napoli"sini qəbul edəcək.
Bizim.Media