"Barselona"nın prezidenti azarkeşlərdən üzr istədi

Hazırda oxunan: "Barselona"nın prezidenti azarkeşlərdən üzr istədi

37123

İspaniya "Barselona"sının prezidenti Joan Laporta azarkeşlərə müraciət edib.

Bizim.Media xəbər verir ki, 59 yaşlı mütəxəssis UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə Almaniya "Bavariya"sına məğlubiyyətə görə fanatlardan üzr istəyib.

O, tərəfdarları səbrli olmağa çağırıb:

"Mən də sizin kimi qəzəbli və məyusam. Baş verənlər düşündüyümüz ssenarilərdən biridir. Səbrli olmağınızı və komandaya dəstəyinizi davam etməyinizi xahiş edirəm. Həmçinin klub rəhbərliyinə etibar edin.

Bu inama ehtiyacımız var və vəziyyəti düzəldəcəyimizə heç bir şübhəmiz yoxdur".

Qeyd edək ki, "Barselona" E qrupundakı ilk matçında "Bavariya"ya 0:3 hesabı ilə uduzub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin