"Biz həmişə qrupda oynamağı istəmişik. Bu, tam başqa turnirdir. Belə oyunlarda özümüzü yaxşı tərəfdən göstərmək istəyirik.
Bizim.Media-nın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçıisi Qurban Qurbanov İsveçrə "Bazel"inə qarşı Bakıda keçirləcəkləri Konfrans Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, son vaxtlar İsveçrə futbolu tam fərqli səviyyəyə çatıb:
"İlk oyuna çıxacağıq. İnanıram ki, sabah futbolçular ağıllı oyun göstərəcəklər. Bunu onlara güvənərək deyirəm. Belə komanda ilə görüşdə istəkli olmaq çox vacibdir. Dünən "Yanq Boyz" "Mançester Yunayted"ə qalib gəlib. Bu ölkənin futbolu bizə tanışdır. Bu komanda müdafiədən hücuma cəld çıxır. Biz əvvəlcə hər bir kollektivin oyun sistemini analiz edir, daha sonra fərdi oyunçulara keçirik. Kollektiv oyun çox vacibdir. Həm hücumda, həm də müdafiədə bir-birimizə yaxın olmalıyıq.
Futbolçularımız hər futbolçuya yaxın olacaq. Kabral cərimə meydançasında daha çox təhlükəlidir. Müdafiəçilərimiz onu yaxından tanıyacaqlar. İnanıram ki, hər oyunçu üçün yaxşı diqqət ayrılacaq".
Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq.
Bizim.Media