UEFA Çempionlar Liqasında qrup mərhələsi 2 oyunla start götürüb.
Bizim.Media xəbər verir ki, İspaniyada "Sevilya" Avstriya "Zaltsburq"u ilə heç-heçə edib.
İsveçrədə "Yanq Boyz" və İngiltərə "Mançester Yunayted"i arasındakı görüşdə isə sensasiya qeydə alınıb. Meydan sahibləri əzmkar qələbə qazanıb - 2:1.
Hesabı 13-cü dəqiqədə Kriştiano Ronaldo açıb. 35-ci dəqiqədə Aron Van-Bissaka qırmızı vərəqə alaraq, "qırmızı şeytanlar"ı azlıqda qoyub.
"Yanq Boyz" say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:49 / 14.09.2021
Çempionlar Liqası sensasiya ilə başladı
Hazırda oxunan: Çempionlar Liqası sensasiya ilə başladı
Hazırda oxunan: Çempionlar Liqası sensasiya ilə başladı
36983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.