“Sabah” klubu serbiyalı hücumçu Petar Şkuletiçi transfer edib.
Bizim.Media xəbər verir ki, 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Şkuletiç karyerası ərzində Serbiyanın “Teleoptik”, “Voyvodina”, “Radniçki Niş”, “Partizan” (2014/15), Avstriyanın LASK (2009-2011), Monteneqronun “Zeta” (2011), Rusiyanın “Lokomotiv” (Moskva, 2015-2017), Türkiyənin “Gənclərbirliyi” (2017/18), “Sivasspor” (2020) və Fransanın “Monpelye” (2018-2021) klublarında çıxış edib.
Qeyd edək ki, Petar Serbiya millisində 6 oyun keçirib, 1 qol vurub. Yeni transferi “Sabah”da 7 nömrəli formada çıxış edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:20 / 14.09.2021
Serbiya millisinin futbolçusu AZƏRBAYCAN KLUBUNDA
Hazırda oxunan: Serbiya millisinin futbolçusu AZƏRBAYCAN KLUBUNDA
Hazırda oxunan: Serbiya millisinin futbolçusu AZƏRBAYCAN KLUBUNDA
36871
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.