Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.
Bizim.Media-nın məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş baş tutacaq.
İngiltərənin "Mançester Yunayted" klubu İsveçrədə "Yanq Boyz"un qonağı olacaq. "Sevilya" isə İspaniyada Avstriya "Zaltsburq"unu sınağa çəkəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Gecənin ən maraqlı qarşılaşması E qrupunda olacaq. İspaniyanın "Barselona"sı evdə Almaniyanın "Bavariya" klubunu qəbul edəcək.
Turnirin son qalibi olan İngiltərənin "Çelsi" komandası H qrupundakı ilk matçında Rusiya təmsilçisi "Zenit"lə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur
14 sentyabr
E qrupu
23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)
23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)
F qrupu
20:45. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə)
23:00. "Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya),
G qrupu
20:45. "Sevilya" (İspaniya) - "Zaltsburq" (Avstriya)
23:00. "Lill" (Fransa) - "Volfsburq" (Almaniya)
H qrupu
23:00. "Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya)
23:00. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya)
Qeyd edək ki, ilk turun digər 8 oyunu sentyabrın 15-də keçiriləcək.
Bizim.Media