Polşa mətbuatı yay fasiləsində "Ekstraklasa"ya ( Polşa çempionatı) keçən futbolçuların çıxışını dəyərləndirib.
Bizim.Media xəbər verir ki, yerli KİV bir neçə oyunçunu fərqləndirib ki, onlar arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.
“Qarabağ”dan “Legiya”ya keçən və komandanın Avropa Liqasının qrupuna düşməsində böyük rol oynayan 24 yaşlı forvard bu yay Polşa çempionatına üz tutan ən yaxşı futbolçular sırasında göstərilib. Mahirlə yanaşı, Vladan Kovaçeviç (“Rakov”), Mixal Pazdan (“Yagelloniya”), Kamil Qrosiçki (“Poqon”), Lukaş Podolski (“Qornik”), Joao Amaral (“Lex”), Damian Kadzior (“Pyast”), Mayk Navroçki (“Legiya”) və Matey Hanuşek (“Visla”) də Polşa çempionatının bəzəyi sayılır.
Polşalılar hesab edir ki, adıçəkilən oyunçulardan bəziləri bu ölkədə çox qalmayacaq. Xüsusən də, Kovaçeviç və Emrelinin daha böyük çempionata yüksək məbləğə keçəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Mahir Emreli “Legiya” ilə 2+1 illik müqavilə bağlayıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:05 / 13.09.2021
“Mahir Emreli daha böyük çempionata keçəcək” – Polşalı jurnalistlərin İDDİASI
Hazırda oxunan: “Mahir Emreli daha böyük çempionata keçəcək” – Polşalı jurnalistlərin İDDİASI
Hazırda oxunan: “Mahir Emreli daha böyük çempionata keçəcək” – Polşalı jurnalistlərin İDDİASI
36799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.