Olimpiya mükafatçısı: "Karate üzrə kumirim əlbəttə ki, Rafael Ağayevdir”

Hazırda oxunan: Olimpiya mükafatçısı: "Karate üzrə kumirim əlbəttə ki, Rafael Ağayevdir”

36644

Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi İrina Zaretskayanın həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. 

Bizim.Media media.az-a istinadən xəbər verir ki, karateçi bir sıra maraqlı açıqlamalar verib.

O, gündəlik həyatındakı problemləri güc yolu ilə deyil, ünsiyyət vasitəsilə həll etdiyini bildirib.
 

"Real həyatda heç zaman döyüşməyə məcbur olmamışam və düşünürəm ki, bu, çox yaxşı haldır. Ümumiyyətlə, problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm", -deyə idmançı bəyan edib.


O, karatenin qadın idman növü olmadığını deyənlərlə razılaşmadığını da bildirib.

"Karateni sevməmək çox çətindir. təsəvvür edin ki, 16 yaşınadək iştirak etdiyim bütün yarışlardan medalla qayıtmışam. Ən böyük arzum isə Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır. Ümid edirəm ki, karate bir daha Olimpiadada təmsil olunacaq", -deyə Zaretskaya qeyd edib.

Xanım idmançı kumirinin kim olduğuna da aydınlıq gətirib.

"Karate üzrə kumirim əlbəttə ki, Rafael Ağayevdir. Rafael həqiqətən də əfsanəvi idmançıdır. O, uşaqlıqdan bəri mənim rol modelimdir.
 

Onunla söhbət edərkən başa düşürəm ki, Rafael yalnız məsuliyyətli və yaxşı idmançı deyil, həm də gözəl insandır. Bütün uğurlarına görə son dərəcə xoşbəxtəm. Düzü,Tokiodan da "qızıl"la gəlməyimizi çox istəyirdim. Bu medala layiq idik ...


Rafael bənzərsizdir, xüsusi texnikası var.

İndi məni dəstəkləyən və inanan dostlarımdan biri olması məni sevindirir. Mən də öz işim və nəticələrimlə özümə qarşı bu münasibəti qazanmağa çalışmışam", - deyə dünya çempionu əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin