Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb.
Bizim.Media-nın məlumatına görə, 11-ci turun sabah keçirilməli olan “Sumqayıt” - “Qəbələ” oyunu baş tutmayacaq.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər yayıb.
Buna koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçməsi səbəb göstərilir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək.
Bizim.Media