Məşhur futbolçu Kriştiano Ronaldonun anası Maria Dolores dos Santos Aveiro, oğlunun şokoladdan hazırlanan heykəlini göstərib.
Bizim.Media xəbər verir ki, Aveiro heykəlin fotosunu “İnstagram” səhifəsində yayımlayıb "Kim bir parça şokolad istəyir? Bu yalnız mənim üçündür", - deyə Kriştianonun anası paylaşımını şərh edib.
Qeyd edək ki, heykəl, "Mançester Yunayted"in hücumçusunun Avro 2016 -dakı göstərdiyi performansına həsr edilib.
Heykəl portuqaliyalı şokoladçı Corce Kardos tərəfindən hazırlanıb. Şirniyyat ustası heykəli hazırlamaq üçün 200 saat vaxt sərf edib. Onun ağırlığı təxminən 120 kq -dır.
Xatırladaq ki, Portuqaliya millisi final matçında Fransa komandasını 1: 0 hesabı ilə məğlub edərək 2016 -cı ildə Avropa çempionu olub.
Bizim.Media