Şəhriyar Məmmədyarov Kasparovu “MAT ETDİ”

Hazırda oxunan: Şəhriyar Məmmədyarov Kasparovu “MAT ETDİ”

36203

Şahmat üzrə “Champions Showdown: Chess 9LX” turnirinə start verilib.

Bizim.Media xəbər verir ki, 10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir.

Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrava (Fransa) uduzub.
 

MÖVZU İLƏ BAĞLI:

Çempionlar Turu: Teymur Rəcəbov finaldadır - FOTO


“Şah” III turda keçmiş dünya çempionu Harri Kasparov (Rusiya) üzərində qələbə qazanıb.

Bu nəticədən sonra Məmmədyarov 2 xalla üçüncü sırada qərarlaşıb. İlk sırada 2,5 xalı olan Fabiano Karuanadır (ABŞ).

Qeyd edək ki, bu gün Şəhriyar Məmmədyarov Vesli So (ABŞ), Leynyer Dominqes Peres (ABŞ) və Sem Şənkləndlə (ABŞ) matç keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin