AFFA-ya ÇAĞIRIŞ: “Ölkədə futbol sistemi dəyişilməlidir”

Hazırda oxunan: AFFA-ya ÇAĞIRIŞ: “Ölkədə futbol sistemi dəyişilməlidir”

36103

Azərbaycan və Portuqaliya yığmaları arasında keçirilən 2022-ci il dünya çempionatında millinin uğursuz çıxışı AFFA-nın fəaliyyətsizliyini gündəmə gətirib. Oyunun nəticələri cəmiyyət arasında böyük narazılığa səbəb olub. 

“Qol.az”ın baş redaktoru Aydın Bağırov Bizim.Media-ya Azərbaycan futbolunun bu günki vəziyyətindən danışıb. O, bildirib ki, nəinki Portuqaliya matçı ümumiyyətlə, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində uğursuz 5 oyun keçirərək 1 xal toplayıb. 

“Hesablamalara görə, 100 faizlik qalibiyyətdə komandalar 15 xal toplayır. Düzdür reallığa baxanda Portuqaliya kimi nəhəng komanda ilə oyunda Azərbaycan millisinin qalibiyyəti kimi gözləntilərimiz də yox idi. Ancaq oyunun belə zəif keçməsi azarkeşləri məyus edib”.
 

MÖVZU İLƏ BAĞLI:

Xarici məşqçilərə milyonlarla pul niyə xərclənir? - VİDEO


Əməkdar jurnalist Millinin uğursuzluğunun  ən azı son 12 ildə futbol sahəsində Futbol federasiyası tərəfindən idarə olunan milli komandalardakı sistemsizliklə birbaşa əlaqəli olduğunu vurğulayıb.

“Federasiya rəhbərliyinin fəaliyyətindəki nöqsanlar biarbaşa millinin nəticələrinə təsir edir. Milli komandanın baş məşqçi vəzifəsinə əcnəbi mütəxəssis seçimi bu cür uğursuz nəticələrə gətirib çıxarır. Çünki dəfələrlə qeyd edilib və faktlar da göstərir ki, 2008-ci ildən üzü bəri Azərbaycan milli komandasında olan əcnəbi məşqçilər Berti Forqs, Robert Prosineçki, Nikola Yurçeviç və Cianni De Byazi milli komanda üçün uğurlu olmayıb və ona yüksək nəticələr qazandıra bilməyiblər.

Legioner xarici məşqçi siyasəti bir daha göstərdi ki, bu məsələ fiaskoya uğrayıb. Bu uğursuzluqların fonunda mütləq AFFA-nın fəaliyyətinə çox ciddi fikir verilməlidir. Futbolu kurasiyada saxlayan şəxslər artıq bu məsələyə ciddi fikir verməlidir. Ölkədə futbol sistemi dəyişilməlidir”.

Aydın Bağırov bu gün üçün Qarabağ komandasının sistemini ən uğurlu saydığını da qeyd edib. “Çünki orada rəhbərlik ilə baş məşqçinin fəaliyyəti arasında düzgün və şəffaf əlaqələr var.
 

Rəhbərlik tərəfindən baş məşqçinin işinə qətiyyən müdaxilə olunmur. Klubun bütün rəhbərliyi oyunçu seçimini baş məşqçi Qurban Qurbanovun ixtiyarına verib və bütün istər legionerlərin, istərsə də futbolçuların seçimlərində o məsuliyyət daşıyır.


Bundan başqa da klub tərəfindən də işlər şəffaf qurulub, maddi yeyintilər olmadığına görə, “Qarabağ” klubunda uğurlu nəticələri görürük”.

Vüsalə Balayeva, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin