Bu gün Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı start götürüb.
Bizim.Media xəbər verir ki, yeniyətmələrin mübarizəsində Azərbaycanın 2 gimnastı finala vəsiqə qazanıb.
Lentlə hərəkətlərdə Nərmin Bayramova, topla hərəkətlərdə Alina Gözəlova həlledici mərhələyə yüksəlib. Bayramova 19.150, Gözəlova isə 21.200 xalla ilk "8-liy"ə düşməyi bacarıblar.
Axşam seansında çoxnövçülük üzrə komanda yarışları baş tutub.
Azərbaycan yığmasının heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina xalça üzərinə çıxıb. Günün ən yaxşı nəticəsinə imza atan komanda 34.600 xalla cədvəldə ilk pilləni tutub.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:46 / 26.11.2020
Avropa çempionatı: İki gimnastımız finala yüksəldi
Hazırda oxunan: Avropa çempionatı: İki gimnastımız finala yüksəldi
Hazırda oxunan: Avropa çempionatı: İki gimnastımız finala yüksəldi
3603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.