Əliyar Ağayev bu oyunu idarə edəcək

Hazırda oxunan: Əliyar Ağayev bu oyunu idarə edəcək

35637

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. 

Bizim.Media xəbər verir ki, 34 yaşlı baş hakim 2022-ci il dünya çempionatının Slovakiya və Kipr milliləri arasında keçiriləcək seçmə oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri, Elçin Məsiyev isə dördüncü hakim qismində yardımçı olacaq.

VAR hakimləri italiyalı Massimiliano İrratti və Stefano Alassio, hakim-inspektor ingiltərəli Stefan Lodc, FIFA nümayəndəsi isə rumıniyalı Oktavian Qoqadır.

Qeyd edək ki, sentyabrın 7-də Slovakiyanın paytaxtı Bratislavadakı Milli Stadionda təşkil olunacaq H qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin