"19 yaşımda ilk dəfə paralimpiadada iştirak etdim və qızıl medal qazandım. Həmçinin paralimpiada rekordunu da qırdım. Məqsədim dünya rekordu idi. O isə növbəti paralimpiadaya qaldı”.
Bizim.Media xəbər verir ki, bu fikri azərbaycanlı üzgüçü Vəli İsrafilov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Tokio-2020: Azərbaycan 16-cı medalını qazandı – ƏYARI QIZILDIR - VİDEO
O, medalı Azərbaycana həsr etdiyini deyib:
“Prezident İlham Əliyevə biz idmançılara yaxşı şərait yaratdığı üçün təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Vəli İsrafilov Azərbaycanın ən gənc paralimpiya çempionu kimi tarixə düşüb.
Bizim.Media